From Disruption to Innovation: Thoughts on the Future of MOOCs. Sherman Young;

Pages 12
Views 0
of 12
All materials on our website are shared by users. If you have any questions about copyright issues, please report us to resolve them. We are always happy to assist you.
Description
Azerbaijan Journal of Educational Studies. 2019. №2 From Disruption to Innovation: Thoughts on the Future of MOOCs Author Sherman Young BSc, MA, PhD, Professor,…
Transcript
Azerbaijan Journal of Educational Studies. 2019. №2 From Disruption to Innovation: Thoughts on the Future of MOOCs Author Sherman Young BSc, MA, PhD, Professor, Department of Media, Music, Communication and Cultural Studies, Macquarie University. E-mail: sherman.young@mq.edu.au Abstract MOOCs have been heralded by some as disruptive of the higher education sector, but the reality is that they are examples of business rather than educational innovation. By enabling universities to focus on global scale and reach as they navigate the digital environment, current MOOCs mostly sustain existing learning practices rather than force pedagogical reconfiguration. Implementations to date have largely focussed on content delivery from superstar professors with little emphasis on the real needs of twenty-first century learners. We have reached a stage when all of our educational approaches need to be better suited for a new information ecology that has demonstrably different characteristics from the past. Information scarcity has given way to ubiquity and learners need the appropriate skills to thrive in a digital life and career – creativity, critical thinking, collaboration and communication. Whilst real innovation to address these challenges is already happening in both fully online and blended offerings at some institutions, they are not so common in the MOOC space. This paper argues that MOOCs offer an opportunity to truly disrupt learning at scale and become exemplars for real educational innovation. Keywords Digital age, disruption, innovation, MOOC, connectivism, network, Silicon Valley, curricular design, xMOOC, cMOOC. DOI: 10.17323/1814-9545-2018-4-21-43 To cite this article: Young Sh. From Disruption to Innovation: Thoughts on the Future of MOOCs. Voprosy obrazovaniya. 2018. No 4. P. 21–43 48 http://journal.edu.az Şerman Yanq (Sherman Young) Tənəzzüldən innovasiyalara doğru: Açıq kütləvi onlayn kursların gələcəyi haqqında Açıq kütləvi onlayn kurslar yeni yaranan kimi, ənənəvi təhsil sistemini «məhv edən» adını qazandı. Dünya hörümçək toru qəzet sənayesini tamamilə dəyişdirdi. Tədqiqatçıların əksəriyyəti AKOK-ları təhsilin universitet sektorunun yaradıcı məhvinin müjdəçisi olacağını hesab edərək, bu rəqəmsal sunamini tədris və öyrətmə anlayışının yenidən yaranmasına gətirib çıxaracağını bildirirdilər. Belə bir qeyri- adi hadisə hələ baş verməsə də, vaxtından əvvəl ajiotaj təhsil sahəsindəki innovasiya tənqidçilərinin maraqlarına xidmət edir. Bu məqalədə mövqeyimizi onunla əlaqələndiririk ki, onlayn vasitələrlə bağlı olan ənənəvi təhsil sisteminin dağıdılması indi də baş verə bilər. Bunun üçün təhsilin bu günədək mövcud olan biznes komponentlərinə deyil, təhsil sisteminin dağılması nəticəsində yaranan real imkanlara diqqət yetirməliyik. Biz dağılma potensialı olan AKOK haqqında düşüncələrimizi onun tərkibinə pedaqogikanın əlavə edilməsi hesabına genişləndirə bilərik. Rəqəmsal texnologiyaların inkişafı tamamilə yeni parametrli informasiya ekosistemlərinin formalaşmasına gətirib çıxarmışdır. Bununla əlaqədar olaraq, məlumatların idarəedilmə funksiyaları yenidən bölüşdürülmüş, elektron maşınlar daha çox imkanlar əldə etmiş, insanlar həm bu maşınlarla, həm də bir-biri ilə qarşılıqlı əlaqələr qurmağa ustünlük vermişlər. Təəssüf ki, biz bu gün insanları daha çox «keçmiş üçün» – hazırda mövcud olmayan informasiya dünyasında işləməyə öyrədirik. Bizim «əşyalar haqqında məlumat» əldə etməyə deyil, əlaqə və əməkdaşlıq yolu ilə problemlərin həlli bacarıqlarının inkişaf etdirilməsinə xidmət edən yeni təhsil ekosisteminə ehtiyacımız vardır. Məhz bu cür bacarıqlar XXI əsrdə olduqca vacib hesab olunur. Rəqəmsal (yalnız rəqəmsal) tədris vasitəsi olmaqla, yeni təhsil ekosistemində AKOK-lar mühüm rol oynaya bilər. AKOK-ların tənəzzülə uğramış innovasiyalarının qısa tarixçəsi Tənəzzülün metaforu 1990-cı illərin ortalarında Kleyton Kristensenin köməyi ilə geniş yayılmışdır. Mötəbər mənbələrdə bu terminin köməyi ilə «uğurlu oyunçuların çətinliklərlə üzləşdiyi və sənayenin sarsılması kimi istənilən situasiyalar» təsvir edilir[Christensen C.M., Michael E., McDonald R. 2015]. Kristensen «tənəzzülün» iki tipini müəyyənləşdirir: birinci tip öz başlanğıcını aşağı qiymət seqmentindən götürür, ikinci tip üçün isə başlanğıc nöqtəsi yeni bazar hesab olunur. «Tənəzzül» özündə aşağı qiymət seqmentində qəbul edilmək üçün kifayət qədər lazım olan və çox az imkanlar təklif edən aşağı səviyyəli həlləri birləşdirir. Yeni bazar ilə əlaqəli olan «tənəzzül» əvvəllər istifadə edilməyən istehlak sahələrində yeni imkanlar yaradan şirkətlər tərəfindən həyata keçirilirdi. 2012-ci ildə Amerika universitetləri əsasında yaranan Coursera, Udacity və EdX platformaları AKOK-ların ilk ticarət platformaları oldu. Həmin vaxt üçün onlayn təhsil, bir qayda olaraq, nisbətən az üstünlük verilən təhsil forması kimi qəbul edilirdi. Udacity-nin təsisçisi Sebastian Trun elan etdi ki, AKOK-lar elə yeni bir dünyanın http://journal.edu.az 49 İNNOVASİYALAR başlanğıcı oldu ki, məhz onun sayəsində dünyada «50 ildən sonra ali təhsil verən yalnız 10 təşkilat qalacaqdır» [Leckart S. 2012]. Belə ki, bu kurslar zamanla bütün təhsil sektorunu əhatə edə biləcək əsaslı dəyişikliklər yaratmalıdır. The Coursera-nın meydana gəlməsini izah edən Tomas Fridman «The New York Times» qəzetində də belə bir fikir səsləndirdi: «Universitet sisteminin inqilabına xoş gəlmisiniz» [Friedman T. 2012]. Onun həmkarı Devid Bruks isə eyni mətbuat orqanında qeyd etdi ki, internet texnologiyaları ilə əlaqəli yenidənqurma işləri, qəzet və jurnal sektorunda baş verən hadisələr tezliklə ali təhsil sektorunda da müşahidə ediləcəkdir [Brooks D. 2012]. Səsləndirilən bütün ifadələr sözsüz ki, 2012- ci ilin «AKOK ili» olduğuna dair təəssürat yaratmaqla yanaşı, eyni zamanda kütləvi açıq onlayn kurs modelinin universitetlərin biznes fəaliyyətlərini necə «sarsıtdığına» diqqəti artırdı [Pappano L. 2012]. Bu vəziyyətdən narahat olan universitetlər AKOK platformalarının təchizatçıları ilə aktiv şəkildə əməkdaşlıq etməyə başladılar. Onlar öncə müdafiə mövqeyindən çıxış edərək yeni bazar şərtləri ilə bağlı «tənəzzülün» perspektivlərini anladılar və buna görə də AKOK-ları tələbələri cəlb etmək imkanı kimi nəzərdən keçirməyə başladılar. Bəzi universitetlər isə AKOK-ların yenilikçi imkanlarını nümayiş etdirərək, müxtəlif platformalarla qarşılıqlı əlaqələri inkişaf etdirən işçi qruplarını yaratmağa nail oldular [Dodd T. 2017]. AKOK platformalarının qlobal əhatə dairəsi (Coursera platformasına eyni anda bütün dünya üzrə 32 milyondan çox tələbə məqalə yazdıqda, platformanın auditoriyası hər ay 600 min nəfər artır) universitetlərə effektiv şəkildə yeni imkanlardan istifadə edərək özünüinkişaf, eyni zamanda alternativ gəlir mənbələrini formalaşdırmaq imkanı verdi. Əslində, AKOK–lar praktik olaraq öz in- novasiya potensialını reallaşdırmır. Məsələn, Coursera platformasının tərkibinə daxil olan Learning to learn AKOK-u əvvəlki qaydaya uyğun olaraq, xarizmatik professorlar tərəfindən tədris olunan geniş mühazirə materiallarına əsaslanır. Tələbələrin diqqətini hələ də müəllimlərin nüfuzu və onların tədris metodu cəlb edir. Hətta AKOK-larının tərkibinə daxil olan əsaslı təlim proqramı əsasında Coursera platformasının nəzdindəki iMBA proqramı innovasiyalardan daha çox, ənənəvi tədris prosesinin oxşarı hesab edilir. Tələbələrin qeydiyyat prosesi, təlimin ardıcıllığı və dərslərdə iştirakın təmin edilməsi praktik olaraq tədrisin əyani formada aparılmasını nəzərdə tutur. Tələbələr əvvəlki qaydada ənənəvi düşüncə hüdudlarından kənara çıxmayaraq, sinxron tədrisə əsaslanan və dəqiq şəkildə tənzimlənən kredit sisteminə uyğun struktur proqramlaşdırması çərçivəsində işləyirlər. Coursera-nın təsisçisi Endryu İn Fridmana bildirir ki, «mənim kursuma ümumi olaraq 400 nəfər qatılır». Lakin əvvəlki semestrlərdə onun onlayn kurslarına 100 min nəfər iştirakçı qatılmışdı. Endryu İn qeyd edir ki, «əvvəllər bu sayda tələbələri tədrisə cəlb etmək üçün mən öz adi kursumu Stenfordda 250 il müddətində keçirməli idim»[ Friedman T. 2012]. Biz əgər biznes-modelin faydalarını bir kənara qoysaq və onlardan istifadə etməsək, onda AKOK-lar əhəmiyyətli yeniliklər təklif etməyib, ənənəvi tədris modellərindən istifadə edəcəklər. 50 AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №2 Şerman Yanq (Sherman Young) Tənəzzüldən innovasiyalara doğru: Açıq kütləvi onlayn kursların gələcəyi haqqında «Tənəzzül» və görülməsi lazım olan iş Şagirdlərin ali təhsil almaları üçün müxtəlif formalı motivasiyalar mövcuddur və buna görə də, Kristensenin istifadə etdiyi və universitetlər tərəfindən «görülməsi lazım olan iş» də müxtəlifliyi ilə fərqlənir [Christensen C.M., Dillon K., Duncan D.S. 2016]. Bir çoxları üçün təhsil müəyyən məqsədləri hədəfləyən bir vasitə rolunu oynayır. Ali təhsil sektoru ümumilikdə iqtisadi rifahı yaxşılaşdırmaq və inkişaf etdirməyə yönəldilib. Peşəkar bacarıqların inkişafı, istər proqramlaşdırma, istərsə də biznes düşüncəsi olsun, bir çox tələbələr üçün stimul rolunu oynayır. Amma digər məqsədlərə görə motivasiya olunanlar da çoxluq təşkil edir. Bəziləri bir za- manlar geniş mənada başa düşülən formada fəal «dünya vətəndaşı» olmaq üçün «təhsil almaq» istəyirlər. Digərləri isə təhsil müəssisələrində yaranan və insanların ümumi maraqları ilə səciyyələnən ictimai əlaqələr qurmaq məqsədi ilə təhsil alırlar. Bununla yanaşı, işə qəbul edilənlərin əksəriyyətini tələbənin bitirdiyi universitetin dünya miqyasında yeri və şəxsi statusu cəlb edir. Universitet tərəfindən «görülməli olan tapşırıqların» hər biri onlayn təhsilə müdaxilə etmək və onu «sarsıtmaq» imkanına malik olur. Bununla birlikdə, ən aydın imkanlar yuxarıda göstərilən biznes modelləri ilə əlaqələndirilir: universitetlər aşağı qiymət seqmentində «tənəzzül» ilə üzləşsələr də, yeni bir bazarın yaranmasından faydalana bilərlər. Coursera platformasını nümunə götürək. Platformanın veb saytında təqdim etdiyi missiya sadədir. «Planetimizin istənilən nöqtəsində mövcud olan ən yaxşı təhsillə hər bir insanın öz həyatını dəyişə biləcək bir dünya yaradırıq». Bu formulaya görə, Coursera keyfiyyətcə həyatın və karyeranın ən yüksək nəticələrini təmin etməklə yanaşı, təhsildə yeni yanaşma tərzinə uyğunlaşmaq kimi xüsusi bir funksiyanı yerinə yetirmək üçün mövcuddur. Bununla yanaşı, veb saytın eyni səhifəsində yer alan növbəti cümlədə deyilir: «Coursera-da hər bir kurs dünyanın ən yaxşı universitetlərindən və təhsil müəssisələrindən ən yaxşı müəllimləri təklif edir». Bununla Coursera təhsildə özünə etimad qazanmaq üçün deyil, təlimə güvənmək məqsədi ilə aparıcı dünya universitetlərinin səlahiyyətlərinə və onların diplomlarına üstünlük verir. Beləliklə də o, oxucuda belə yüksək reytinqli universitetlərin ən yaxşı təhsil imkanlarını təhlil etmək və keyfiyyətcə yeni təhsil sistemi çərçivəsində ən yaxşı nəticələr əldə etməyə imkan verən fikir formalaşdırır. Coursera modeli əvvəllər çox az sayda məşhur universitetlərlə əməkdaşlıq əsasında qurulmuş və burada təhsilin yüksək keyfiyyətlərini təsdiq edən bütün ənənəvi meyarlar dəyişməz olaraq qalmışdır. Tənəzzülün vahid faktoru onunla əlaqələndirilir ki, onlayn platformaya əsasən universitetlər öz imkanlarını genişləndirmək xüsusiyyətlərinə malik olur. Bir çox yeni tədris proqramları belə bir qaydaya əsaslanır ki, tələbə AKOK-u uğurla başa vurub diplom əldə etmək üçün tam proqramı hissə-hissə yerinə yetirsin. Buna baxmayaraq, proqramların özü mövcud modellərdən çox fərqlənmir, belə ki, hazırda AKOK şirkətləri ilə Pirson və Key Path kimi ənənəvi tərəfdaş platformalar arasında heç bir fərq yoxdur [ICEF. 2018]. Amma başqa imkanlar da var. Məsələn, xAKOK və http://journal.edu.az 51 İNNOVASİYALAR cAKOK arasında fərqlər buna nümunədir. xAKOK Coursera platformasının tərkibinə daxil edilən kütləvi açıq onlayn kursunun ən geniş yayılmış variantı hesab olunur [Bates, 2014; Siemens, 2013]. cAKOK isə prinsipial bir fəlsəfəyə söykənir və onun əsasında təhsilə konstruktiv yanaşma dayanır. Bu cür kurslar, adətən, aşağıdakı elementləri özündə birləşdirir: tanınmış professorların qısa video-dərslərini; av- tomatik qiymətləndirmə ilə keçirilən sorğuları; digər tələbələri qiymətləndirən tapşırıqları; köməkçi professorlar tərəfindən qismən idarə olunan açıq müzakirə forumlarını; əlavə oxu materiallarını, multimedia resurslarını; müəllimlərin geridə qalan tələbələrə dəstək verməsi işini və s. cAKOK-larının əsasında Corc Simensin rəqəmsal mühitdə öyrənmə modeli kimi konnektivizmdən istifadə ideyası durur. 2008-ci ildə Manitoba Universitetində Corc Simens və Stiven Daunz tərəfindən təqdim edilən CCK08 Connectivism və Connective Knowledge («Konnektivizm və konnektivlik bilikləri») onlayn kursunu nümunə olaraq düşünək. Daunzun xatirələrindən: «CCK08 kursunun açılması bir dönüş nöqtəsi idi, çünki aydın oldu ki, paylanmış açıq resursların istifadəsi tələbələrin sayında asanlıqla artımı təmin edəcəkdir. Biz CCK08-də 2200 nəfərin qeydiyyatdan keçməsini gözləmirdik. Corc Simens zarafatla bildirirdi ki, kursumuzda ən azı 24 nəfər qeydiyyatdan keçsə, bizi şanslı hesab etmək olar. Sonda kurs mənimlə Corcun yaratdığı və «konnektivizm nəzəriyyəsi» adlandırdığımız qeyri-müəyyən bir mövzuya həsr olundu. Kursun proqramı və quruluşu məzmundan daha çox əlaqələr üzərində qurularaq nəzəriyyəni açıq şəkildə təqdim etdi. Bu, resursların paylanması və birləşməsi nöqteyi-nəzərindən təhsilə yanaşmadan istifadə mənasını verirdi». cAKOK xüsusi platformalarda deyil, tələbələrin texnologiya ilə ünsiyyət şəbəkəsi quruluşuna əsaslanaraq tətbiq edilir. Onlar sosial şəbəkə vasitələrindən təhsilin açıq idarəetmə sistemlərinin birləşməsi olaraq istifadə edirlər (məsələn, Moodle). Qeyd etmək vacibdir ki, bu cür kurslar daha çox iştirakçıların fəaliyyətinə yönəlmişdir. Bu fəaliyyətlər cəmiyyətin praktik təcrübəsinə əsaslanaraq, ümumi maraqlara və ünsiyyət roluna əsasən formalaşır. cAKOK ilk növbədə təhsilə şəbəkə vasitəsi ilə yanaşma tətbiq edir. Bu yanaşmada müstəqil şəkildə təhsil alan tələbələr bir-biri ilə açıq sosial şəbəkə vasitəsi ilə əlaqələr quraraq, öz təcrübi biliklərini tədrisdə tətbiq edirlər. Burada öncədən təsdiq olunan tədris planı və tələbə-müəllimlər arasında nə dərs prosesində, nə də tələbələrə dəstək verilmə prosesində formal münasibətlər olur. Tədris digər təhsilalanların fəaliyyət bazaları əsasında aparılır [Bates, 2014]. cAKOK və xAKOK özündə müxtəlif yanaşmaları birləşdirərək, tamamilə müxtəlif auditoriyalar üçün nəzərdə tutulmuşdur. cAKOK rəqəmsal mühitdə sərbəst şəkildə düşüncə qabiliyyətinə malik, ümumi şəbəkə ilə məşğul olmaq istəyən müstəqil tələbələr üçün daha uyğun hesab olunur. xAKOK isə öncədən müəyyən edilmiş nəticələrə əsasən hazırlanmış materiallara əsaslanan öyrənmə prosesini təşkil edir. Oxşar proseslər musiqi sənayesində də baş verir. İstehlakçının dövrün rəqəmsal reallıqlarına adaptasiyası və musiqi fayllarının hərəkət sadəliyi rəqəmsal materialların satışa çıxarılmasına səbəb oldu. Musiqi istehsalı və yayılması, biznes 52 AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №2 Şerman Yanq (Sherman Young) Tənəzzüldən innovasiyalara doğru: Açıq kütləvi onlayn kursların gələcəyi haqqında proseslərində dəyişikliklər və rəqəmsal texnologiyalar musiqiçilərin yaradıcılıq və əməkdaşlığı üçün yeni imkanlar açır. Elə buna görədir ki, musiqi inqilabı remikslərin və maşapların meydana gəlməsinə gətirib çıxardı. Uzun illər musiqiçilər yaradıcı imkanlarını inkişaf etdirərək, yeni musiqilərini internet şəbəkələrinə yerləşdirirdilər ki, fanatları bunlara əsaslanaraq yeni remikslər yarada bilsin və onları bir-biri ilə bölüşsünlər [UPI. 2005]. cAKOK bəzi tələbələr üçün çox mürəkkəb ola bilər, lakin təhsil sahəsindəki «tənəzzül» həmin yanaşmaya əsaslanır və bu yanaşma XXI əsrdə tələbələrin tələblərinə daha çox cavab verərək universitetlər qarşısında çox mürəkkəb vəzifələr qoyur. Riçard Rileyin sözlərinə görə, «biz hazırda tələbələri mövcud olmayan peşələrə hazırlayır və hələ də icad olunmayan texnologiyalardan istifadə edirik [Gunderson, Jones, Scanland, 2004]. İnsanlarda yaradıcılıq, komanda işi, ünsiyyət və tənqidi düşünmə kimi bacarıqların olması çox vacibdir. Auditoriyalarda yalnız bilik ötürülmür, burada tələbələr bir-biri ilə ünsiyyətdə olmalı, müştərək layihələrdə birlikdə çalışmalı və beynəlxalq ictimaiyyətlə qarşılıqlı əlaqələr qurmalıdırlar. Auditoriyanı özümüz üçün təhsilin bir «superorqanizmi» kimi təsəvvür etsək, buradakı iştirakçıların hər birinin güclü tərəflərini görmüş olarıq. Onlar qlobal problemləri həll etmək məqsədi ilə birləşir və bizim qarşılaşdığımız problemləri həll etmək üçün innovativ cavablar axtarırlar. Bu öyrənmə sistemi rəqəmsal dünyanın rizomatik xüsusiyyətlərini əks etdirir. Jilem Delez və Feliks Qvattari tərəfindən istifadə edilən «rizoma» termini iyerarxik strukturlardan fərqli olaraq, əlaqələrin formalaşdırılması ilə xarakterizə edilən bir sistemi təsvir edir. İnternetin rəqəmsal ekosistemə keçidi ilə bağlı olaraq, bizim informasiya və bir-birimizlə qarşılıqlı əlaqəmiz rizoma strukturunu daha çox xatırladır. Saymon Fips bu quruluşu «şəbəkə cəmiyyəti» adlandırır [Phipps S. 2018]. Təhsil sahəsi musiqi sənayesindən fərqlənir. Təhsildə daha vacib məsələlər və daha çox imkanlar vardır. Müasir universitetlərin qarşısında maliyyələşməni azalt- maqla, ictimai siyasətdəki dəyişikliklərə və rəqabətin artmasına uyğunlaşmaqla bağlı problemləri həll etməklə bərabər, həm də cəmiyyətin inkişafına xidmət edə biləcək məzunlar hazırlamaq kimi məsələlər durur. Təhsil sahəsi radikal transfor- masiyaya ehtiyac duyur. Lakin xAKOK təhsil sisteminin inkişafına praktik olaraq kömək etmir. XXI əsrdə iş mühiti rəqəmsal texnologiya ilə bağlı daim dəyişikliyə məruz qalaraq (kompüter avtomatlaşdırılmasından maşın təliminə qədər) məzunların yeni bacarıq və qabiliyyətlərə malik olmasını tələb edir. Bizim təhsil sistemi tələbələrə gələcək iş yerlərində aktual olan bacarıqları aşılamalıdır. Bunun üçün rəqəmsal texnologiyalardan faydalanmaqla yanaşı, mövcud olan rəqəmsal in- formasiya ekosistemini «anlamaq» da lazımdır. Rəqəmsal texnologiyalardan istifadə ilk təhsil prinsipi olmalıdır, lakin biz onu hələ ki, müşahidə etmirik. Biz elə bir dünyada yaşayırıq ki, burada fəaliyyətlərin çoxu rəqəmsal formatda həyata keçirilir və tələbələrə ənənəvi tədris metodları ilə müəyyən bacarıqların öyrədilməsi mümkün olmur. Dünyada Google və smartfonların mövcud olmadığı şəraitdə tələbələrin həyata hazırlığı heç bir xüsusi məna daşımır. Məhz uğurlu iş fəaliyyəti və inkişaf http://journal.edu.az 53 İNNOVASİYALAR Cədvəl 1. Keçmişdə və hazırda təlim Keçmiş (analoqlu) Keçmişdə təlim Hazırkı (rəqəmsal) Hazırda təlim Mühazirə materialının İnformasiyanın hər Problemli təhsilə İnformasiya qıtlığı verilməsi yerdə mövcudluğu aktiv giriş Yaddasaxlama, Tətbiqi məqsədlər, Aftoritetlər şübhə altına Avtoritar başadüşmə, qiymətləndirmə və alınır imtahan verilməsi yaradıcılıq İntizam bölmələri, İzolyasiya qrup işinə dəstəyin Əlaqələrin qurulması Müştərək iş olmaması Rəqəmsal savadlılıq, Mətn materialları Akademik təhsil Multimedia materialları vizuallıq və mədəniyyət anlayışı üçün lazım olan bacarıqlar bu vasitələrlə qarşılıqlı surətdə inkişaf etdirilməlidir. Məktəb təhsil sistemi K-12 hazırda bu ehtiyacı anlamış və artıq Yeni Cənubi Uels Təhsil Departamenti Avstraliyada tələb və imkanların öyrənilməsi üzrə böyük bir süni intellekt layihəsinə başlanğıc vermişdir. Bundan əlavə, layihə çərçivəsində tələbələrin tədris prosesini maksimum dərəcədə orijinal səviyyəyə çatdırmaq məqsədi ilə hazırda bir çox eksperimentlər həyata keçirilir [Loble, Greenaune, Hayes, 2017]. Bir çox universitetlər fəal şəkildə virtual reallıqlardan istifadə etsələr də, hələ də təhsil və təlimdə ənənəvi yanaşma öz mövqeyini saxlamaqdadır. Belə universitet- lərdə təhsil ənənələri çap materiallarına əsaslanan məlumat ekosistemində formalaşmış və rəqəmsal dünya xüsusiyyətlərini düzgün şəkildə anlamaq üçün kifayət dərəcədə inkişaf etməmişdir. Bu səbəbdən də təlim, tədris və fəaliyyət modelləri əvəzinə bir çox fənlər üzrə müxtəlif məlumat mənbələri əsasında müvafiq bacarıqlar inkişaf etdirilməlidir. Lazımi dəyişikliklər Cədvəl 1-də təsvir olunu
Advertisements
Related Documents
View more...
We Need Your Support
Thank you for visiting our website and your interest in our free products and services. We are nonprofit website to share and download documents. To the running of this website, we need your help to support us.

Thanks to everyone for your continued support.

No, Thanks
SAVE OUR EARTH

We need your sign to support Project to invent "SMART AND CONTROLLABLE REFLECTIVE BALLOONS" to cover the Sun and Save Our Earth.

More details...

Sign Now!

We are very appreciated for your Prompt Action!

x